Seyid Əmmar: Əl-Əzhər inanmırsa, İraqa nümayəndə heyəti göndərsin

İraq İslam Məclisi Ali Şurasının sədri Seyid Əmmar Həkim Əl-Əzhər Universitetinə xitabən belə danışıb: "Əgər İraqdakı şiə-sünni qardaşlığı barəsində şübhəniz varsa, bir heyət göndərin. İraqı gəzsinlər və xüsusən Səlahəddin əyalətinə gedib, oradakı xalq üzərində araşdırma aparsınlar."
 
Maide.az xəbər verir ki, Seyid Əmmar sözlərinə belə davam edib: "Keçmişdə olduğu kimi bu gün də bəzi dairələr İraqdakı müxtəlif etnik qruplar arasında təfriqəçilik fitnəsini alışdırmağa çalışırlar. Xüsusilə İŞİD-in İslamı məzhəblər arasında qarşıdurma yaratmaq planı, sadəcə bir dəlillə İraqlıların vəhdətinə çevrilmişdir. Mərcə alimlərinin cihadi-kifai fətvası əslində İraqın gələcəyini zəmanət altına almışdır. Təqlid alimləri yalnız ölkəni müdafiə etməyin vacib olduğuna fətva verməklə kifayətlənməmiş, könüllü olaraq bu işdə iştirak edənlərin etmələri və etməmələri lazım olan İslami göstərişləri da bəyanlamışlar. Terrorçulardan azad edilən bölgələrdəki xalqa heç vaxt hücum edilməməsi bu göstərişlərdən biridir. Bunun ölkə daxilində çox müsbət nəticələri olub.
İraq milli ordusunda fərqli din və məzhəblərdən insanlar var. Şiələr, sünnilər, türkmənlər, yezidilər, xristianlar, asurilər və digər firqələrə mənsub insanlar eyni cəbhədə çiyin-çiyinə döyüşürlər. Hamısının ortaq bir hədəfi var: ölkələrini terrorçu ünsürlərdən təmizləmək və İraqda insanların rahat yaşayacaqları bir təhlükəsizliyi təmin etmək."

Google+ WhatsApp ok.ru