Seyid Əmmar Əl-Həkim:  ‘İraq digər ölkələrə hücum bazası olmayacaq’

Seyid Əmmar Əl-Həkim: ‘İraq digər ölkələrə hücum bazası olmayacaq’

İraqın Milli Hikmət Hərəkatının lideri Seyid Əmmar Əl-Həkim ABŞ dövlət katibinin müavini David Saterfild ilə keçirdiyi görüşdə ölkəsinin digər ölkələrə hücum bazası olmayacağını deyib.
 
Maide.Az "Deyerler.org"-a istinadən xəbər verir ki, Seyid Əmmar Əl-Həkim ölkəsinin region və dünya ölkələri qarşısında açıq qapı siyasətini yürütdüyünü bildirərək, İraqın ciddi bir şəkildə ortaq mənafelər istiqamətində balanslı siyasət aparmağa çalışdığını söyləyib.
 
Həkim ölkəsinin regionda sabitliyin möhkəmlənməsi istiqamətində fəaliyyətin yanında qərarlarında müstəqil və tərəfsiz davranmaq istədiyini və ölkəsinin başqa ölkələrə hücum bazası olmasına icazə verməyəcəyini deyib.
 

Google+ WhatsApp ok.ru