Seyid Həsən Nəsrullah: `Orta Şərqdəki müharibə siyasidir, məzhəbi deyil`

Hizbullah rəhbəri Seyid Həsən Nəsrullah Livanın paytaxtı Beyrutda təşkil edilən əhya gecəsində çıxış edib.
 
Maide.az xəbər verir ki, Orta Şərqdə baş verən böhranlara bağlı danışan Hizbullah lideri yaşananların şiə-sünni qarşıdurması olmadığını və bölgədəki böhranın səhv şərh edildiyini söyləyib.
 
Bölgədə davam edən döyüşün xalqın taleyini və gələcəyini təyin edəcəyini söyləyən Seyid Həsən Nəsrullah, "müharibəmiz sünnilərlə deyil, hər kəsi yox etmək, əzmək istəyən təkfirçilər və İsraillədir", - deyib.
 
Hizbullah lideri həmçinin sünniləri, "baş verənlər barədə düşünərək, diqqətli davranmağa" çağırıb.
 
Seyid Həsən Nəsrullah İŞİD terror təşkilatının cinayətlərinə toxunaraq, "əgər Hizbullah Suriyada olmasaydı, İŞİD-in cinayətləri Livanda tayfalara qədər yayılardı", - deyib.
 
Liviya və Misirdə baş verən hadisələrə, Suriyada müxtəlif terror təşkilatları arasında baş verən qarşıdurmalara da toxunan Nəsrullah müharibənin məzhəbi, ya da dini, sünni, ya da şiə döyüşü olmadığını dəqiq şəkildə sübut etdiyini vurğulayıb: "Bəzi dövlətlər bilərəkdən bu döyüşü dini döyüş olaraq təbliğ etməyə çalışırlar."
 
Seyid Həsən Nəsrullah Hizbullah hərəkatının Suriya xalqını terroristlərə qarşı müdafiəsini davam etdirəcəyini də söyləyib: "Sionist İsrail və Amerikayönlülər Hizbullahın Suriya xalqını müdafiə etməsini siyasi düşmənçiliyə görə qəbul edə bilmirlər. Bunlar həqiqətdə Livan xalqını da düşünməyən tərəflərdir."

Google+ WhatsApp ok.ru