Tim Skott 140 il sonra ABŞ-da tarix yazıb

Maide.az xəbər verir ki, Obamanın Demokratlar Partiyası Cənubi Karolina ştatında keçirilən seçkilərdə məğlub olub. Belə ki, Respublikaçılar Partiyasını təmsil edən Tim Skot dünən baş tutan seçkilərin nəticəsinə görə, Cənubi Karolina ştatına senator təyin edilib. Bununla da o, uzun müddətdən sonra ABŞ tarixində seçilən ilk qaradərili senator olub.
Qeyd edək ki, Obamanın prezidentliyinin son iki ilində respublikaçıların Senatda üstünlük təşkil etməsi onun işini çətinləşdirəcək. Ehtimal olunur ki, 2016-cı ildə keçiriləcək prezident seçkilərində respublikaçıların Texasdan olan senatoru Ted Kruz öz namizədliyini irəli sürəcək. 

Google+ WhatsApp ok.ru