Seyid Həsən Nəsrullah: `İslam inqilabı gənclərə yeni üfüqlər açdı`

"Əl-Mənar" kanalının xəbərinə görə, Livan Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Beyrutda Ayətullah Behcəti anma konfransında bildirib ki, İmam Xomeyninin liderliyində İslam inqilabın qələbəsindən sonra bütün müsəlmanların qarşısında yeni üfüqlər açılıb. 
 
Seyid Həsən Nəsrullah Ayətullah Behcətin şəxsiyyətini təqdir edərək, etiqad və əməldə günah etməməyin bu böyük və rəbbani şəxsiyyətin ən böyük xüsusiyyəti olduğunu deyib.
 
Xatırladaq ki, böyük İslam alimi Ayətullah Behcət 2009-cu ilin may ayında, 94 yaşında İranın Qum şəhərində vəfat edib.

Google+ WhatsApp ok.ru