Qanada benzin stansiyasında partlayış: 96 ölü

Qərbi Afrika ölkəsi Qanada benzin stansiyasında baş verən partlayışda ilkkin məlumatlara görə, 96 nəfər ölüb.
 
Maide.az xəbər verir ki, Qana Milli Yanğınsöndürmə Xidməti rəsmisi Bill Anaglatey paytaxt Akradakı partlayışa nəyin səbəb olduğunu hələ bilmədiklərini deyib.
 
Rəsmi şəxslər şəhərdə 5 saatdan artıq davam edən leysan yağışlarına görə partlayışdan əvvəl bir çox adamın benzin stansiyasına sığındığını bildirib.
 
Pis hava şəraitinin fəlakət qurbanlarını axtarış işlərini iflasa uğratdığı deyilir. 
 
Qana örezidenti Con Mahama partlayışdan sonra xarabalığa dönən benzin stansiyana baş çəkib və xalqı sakitliyə çağırıb. Mahama hadisəni "fəlakət" sözləri ilə səciyyələndirib.

Google+ WhatsApp ok.ru