Seyid Həsən Nəsrullah: Mosul əməliyyatı ilə İŞİD-ə Suriya yolu açmaq istəyirlər

Seyid Həsən Nəsrullah: Mosul əməliyyatı ilə İŞİD-ə Suriya yolu açmaq istəyirlər

Livan Hizbullah Hərakatının lideri Seyid Həsən Nəsrullah, Suriyada siyasi həll üçün ümid qalmadığını, Mosulda planlaşdırılan əməliyyatdan isə İŞİD-ə Suriya yolunu açmaq olduğunu vurğulayıb.
 
Maide.Az xəbər verir ki, Seyid Həsən Nasrullah, Aşura günündə minlərlə insanın önündə etdiyi çıxışı zamanı bildirib ki, Suriyada siyasi həll üçün ümid qalmayıb. Yaxın Şərqdəki gərginlik artıb və bir neçə ay əvvəlki müzkarələrdən əsər-əlamət qalmayıb. Küveytdəki Yəmən danışıqları bitib. Rusiya-Amerika danışıqları isə amerikalılar danışıqlardan çəkiləndən sonra yekunlaşıb. Türkiyə-Misir gərginliyi isə hələ də davam edir.
 
"ABŞ-ın Rusiya ilə müqaviləsini təəccüblə qarşıladım. Ən-Nusra terrorçularını digər qruplaşmalardan ayırıb vuracaqdılar. Amma başa düşdülər ki, belə bir vəziyyətdə meydanda gücləri qalmayacaq. Və müqaviləni pozdular. Mosul əməliyyatı İŞİD-ə Suriya yolu açılmaq üçündür. İraqlıları diqqətli olmağa çağırıram. Fəllucə əməliyyatında da eyni şey baş verdi". 
 
Çıxışında Yəməndə yas mərasiminə avia zərbələr endirən işğalçı səud rejimini tənqid edən Hizbullah lideri bildirib ki, bütün dünya terrorun ideoloji və iqtisadi cəhətdən Səudiyyə Ərəbistanından qidalandığını bilir. Səudiyyə milyardlarla dollar xərcləyib, amma sərhədlərini ayaqları çılpaq yəmənlilərdən qorumaqda acizdirlər. Səudiyyə rejimi uçuruma doğru gedir.
 
Seyid Həsən Nəsrullah, Aşura gününü, Səudiyyə rejiminin bombardmanına məruz qalan Yəmən xalqına həsr edib.
 

Google+ WhatsApp ok.ru