Seyid Həsən Nəsrullah: `İslam dini  və Peyğəmbər (s) heç vaxt bu gün olduğu qədər hörmətsizliklə üzləşməmişdir` - VİDEO

Seyid Həsən Nəsrullah: `İslam dini və Peyğəmbər (s) heç vaxt bu gün olduğu qədər hörmətsizliklə üzləşməmişdir` - VİDEO

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Suriya ordusunun Hələbdəki yaraqlıları qovaraq şəhərdə nəzarəti bərpa etməsinin Suriya prezidenti Bəşər Əsədin devrilməsinə yönəlik ümidləri sona çatdırdığını söyləyib.
 
Maide.Az xəbər verir ki, Suriya ordusunun Hələbdə tamamilə nəzarəti ələ aldıqlarını açıqlamasından sonra televiziyada çıxış edən Nəsrullah, Suriya ordusunun 4 illik mübarizəsindən sonra Hələbi terrorçulardan azad etməsinin, ölkədəki qarşıdurma prosesində yeni mərhələnin başlanğıcı olduğunu deyib: "Bu gün, Hələbdən sonra, hakimiyyəti dəyişdirmə planlarının uğursuz olduğunu deyə bilərik. Hələb qələbəsi siyasi həll üçün yeni üfüqlər açacaq", - deyə Nəsrullah bildirib.
 
Seyid Həsən Nəsrullah son proseslərin digər ölkələri daha real bir istiqamətə aparacağını və yeni baxış bucaqları qazandıracağını söyləyib.
 
Hələblə bağlı növbəti vəzifənin "gücləndirmə və təhlükəsizlik" olduğunu deyən Hizbullah lideri, silahlı qrupların şəhəri və bölgəni hədəfə almağa davam edəcəyini söyləyib.
 
H.Nəsrullah deyib ki, İslam dini və Peyğəmbər (s) heç vaxt bu gün oldu qədər hörmətsizliklə üzləşməmişdir. “Ötən illər kino, karikatura və ya kitab vasitəsilə İslama hörmətsizlik edilirdisə,  indi ötən 6 ildə təkfirçi silahlı qruplaşmalar vəziyyəti dəyişib. Bunlar (təkrfirçi terrorçular) iddia edirlər ki, müsəlmandır və  bayraqlarının üzərində "Lə ilahə illallah, Muhəmməd rasulullah" yazılıb və digər tərəfdən də adam öldürür və qətlamlar edirlər. İŞİD, ən nifrət edilən terror qruplaşmasıdır və İslam adı ilə adam öldürür, yandırır, mədəni abidələri dağıdır, qətliamlar törədir. Biz mənəvi, əxlaq, mədəniyyət, düşüncə və insan qırğını ilə üz-üzəyik. Ona görə ki, bunlar İslam və Peyğəmbərin (s) adı ilə nümayiş olunur. Bu hərəkətlərin İslam, Peyğəmbər (s), səhabə və Əhli-beytə (ə) heç bir aidiyyatı yoxdur. Bütün müsəlmanlar borcludur ki, ya sosial media və ya yazmaqla bu terrorçuları pisləsin və dünya ictimaiyyəti qarşısında terrorçuların İslama aid olmadığını dair fəryad etsinlər”.
 
 

 

Google+ WhatsApp ok.ru