Seyid Həsən Nəsrullah: `Livanın sərhəd məntəqələrində terrorçularla mübarizə davam edəcək`

Seyid Həsən Nəsrullah: `Livanın sərhəd məntəqələrində terrorçularla mübarizə davam edəcək`

Livan Hizbullahının baş katibi Livan ilə Suriya arasındakı sərhəd yüksəkliklərində gedən döyüşlərin son durumu haqda bildirib ki, bu məntəqədə döyüşlər terror qruplarının tam məhvinədək davam edəcək.
 
Seyid Həsən Nəsrullah dünən gecə Suriyanın ordu və Livan Hizbullahının müqavimət qüvvələrinin iki ölkənin sərhəd yüksəkliklərində terrorçulara qarşı birgə əməliyyatını şərh edərək deyib: "Livan ordusunun koordinasiyası ilə həyata keçirilmiş bu əməliyyatda Suriya-Livan sərhədindəki bölgə İŞİD terrorçularından azad edildi".
 
Livan Hizbullahının baş katibi İŞİD yarımhərbçilərini iki ölkənin sərhəd məntəqələrindən çıxarmaq məqsədilə ötən həftə müqavimətin Suriya ordusu ilə yanaşı birgə əməliyyata başladığını bildirərək, söyləyib: "İŞİD-in mülki şəxslərdən insan qalxanı kimi istifadəetmə hiyləsinə rəğmən, bu əməliyyatın nailiyyətləri diqqətəlayiq olub və Livan ərazisinin böyük bir hissəsi İŞİD-in işğalından çıxarılıbdır".
 
Seyid Həsən Nəsrullah deyib: Hazırda Ərsal yüksəkliklərində Cibhətunnusrə ilə anlaşma tərzi barədə öncəki ssenariyə, yəni savaşla yanaşı dialoqa çatmışıq, amma bununla belə, hər cür razılaşmaya çatmazdan öncə atəşkəs bərqərar edilməyəcəkdir. Danışıqların aparılmasında məqsəd, Suriya və Livan ərazilərində hərbi əməliyyatın hədəflərinin reallaşdırılmasıdır".
 
Livan ilə Suriya arasındakı sərhəd məntəqələrinin terrorçulardan təmizlənməsi əməliyyatında iştirak etmiş qüvvələrə təşəkkür edən Livan Hizbullahının baş katibi söyləyib: Son əməliyyatda məqsəd, İŞİD və Cibhətunnusrə ünsürlərini bütün Livan torpaqalarından çıxarmaq və bu məntəqələrdə təhlükəsizliyin bərqərarı olubdur ki, demək olar ki, bu hədəfə çatmışıq.
 
Seyid Həsən Nəsrullah İŞİD başçılarına xitabən deyib: "Livan ilə Suriya arasındakı sərhəd yüksəkliklərindəki döyüşlərdə qələbəmiz qətidir və bizim bu qələbə fürsətini itirmək üçün vaxtımız yoxdur". /

Google+ WhatsApp ok.ru