Seyid Həsən Nəsrullah: 'ABŞ-ın siyasətləri Hizbullahı yox, müttəfiqlərini zəiflədir'

Seyid Həsən Nəsrullah: 'ABŞ-ın siyasətləri Hizbullahı yox, müttəfiqlərini zəiflədir'

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah iyulun 7-si bölgədəki son hadisələrə dair bir çıxış edib.
 
Livandakı iqtisadi vəziyyətə toxunan Seyid Həsən Nəsrullah, iqtisadiyyatın bərpa olunmasının milli bir problem olduğunu və ciddi şəkildə aparılmalı olduğunu vurğulayıb.
 
Əvvəlki çıxışında Qərbə baxmaqdan bəhs etdiyini xatırladan Seyid Həsən Nəsrullah, belə deyib:
 
“Bu sözlər Qərblə münasibətləri tamamilə kəsmək demək deyil. Livan sionist rejim istisna olmaqla, dünyanın bütün ölkələri ilə əməkdaşlıq edə bilər. Bəziləri deyirlər ki, Qərb bizim üçün oksigen kimidir. Bu oksigendən imtina edin demirik. Ancaq qərblilər bu oksigeni kəsirlərsə, onda nə edə bilərsiniz?”.
 
Livanın istehlakçı ölkəsi olduğunu vurğulayan Nəsrullah, mövcud böhranı bir fürsətə çevirib kənd təsərrüfatına və sənayeyə müraciət etməli olduqlarını bildirib.
 
Hizbullah lideri ABŞ rəhbərliyini Livanın daxili işlərinə qarışmaqda ittiham edərək, belə davam edib: “Hər kəs ABŞ-ın Livanı bir-birinə qarşı təhrik etdiyini görür. ABŞ səfirinin Livandakı maliyyə məmurlarının təyinatları və ya qurulması ehtimal olan hökumətin rəhbərliyi ilə nə əlaqəsi ola bilər?”
 
Vaşinqton rəhbərliyinin Livandakı iqtisadi böhrandan Hizbullahı küncə sıxmaq üçün istifadə etdiyini, lakin heç bir nəticə əldə edə bilmədiklərini söyləyən Seyid Həsən Nəsrullah, sözlərini belə davam etdirib: “Hizbullah təslim olmayacaq, ABŞ-ın Livana qarşı “boğma” siyasəti Hizbullahı yox, müttəfiqlərini zəiflədir. Bu siyasət Hizbullaha qarşı çevrilişə səbəb olmaz. Böhran dərinləşdikcə Hizbullaha sığınanların sayı artır, ona görə də bu cür oyunlara vaxt itirməmələrini tövsiyə edirəm”.
 
ABŞ-ın sanksiyalarına baxmayaraq İranın illərdir vüqarlı vəziyyətdə olduğunu qeyd edən Seyid Həsən Nəsrullah, belə deyib: “İran qida sahəsində xarici ticarətdən asılı deyil. Sənaye və kənd təsərrüfatını inkişaf etdirib. Kosmosa peyk göndərib. Benzin və elektrik enerjisi istehsal edir. Əczaçılıq məhsulları ixrac edir və heç bir ölkəyə ehtiyacı yoxdur”. /deyerler.org /
 

Google+ WhatsApp ok.ru