Daha bir neft nəhəngi qiymət proqnozunu azaltdı

Daha bir neft nəhəngi qiymət proqnozunu azaltdı

İtaliyanın enerji nəhəngi Eni iyulun 7-də özünün uzunmüddətli neft qiyməti proqnozunu azaldıb.

 
Şirkətin məlumatında deyilir ki, bu, koronavirus pandemiyasının qlobal iqtisadiyyat və enerji sənayesi üzərinə “davamlı təsirinə” görə edilib.
 
Oilprice.com saytı yazır ki, BP və Shell şirkətlərinin qiymət proqnozlarını azaltmasından bir neçə həftə sonra Eni şirkəti də 2020-2024-cü illər üçün proqnoz qiymətini dəyişib.
 
Eni bildirir ki, 2023-cü il üçün Brent markalı neftin bir barrelinin 60 dollar olacağı gözlənilir.
 
İtaliya şirkəti bundan əvvəl bir barrel üçün 70 dollar qiymətinin proqnozunu vermişdi.
 
Eninin təxminlərinə görə, 2020-2022-ci illərdə neft qiymətləri müvafiq olaraq 40 dollar, 48 və 55 dollar olacaq.
 
Bundan əvvəl bu rəqəmlər 45, 55 və 70 dollar idi.
 
Neft qiyməti proqnozlarını azaltmaqla yanaşı Eni bildirib ki, özünün karbon emissiyasının azaldılması və enerji keçidi siyasətinlərə sadiq qalır.
 
Eninin rəhbəri Claudio Descalzi deyib ki, onun şirkəti karbonsuzlaşdırma prosesində qlobal lider olmağa can atır:
 
“Bu davamlı təkamül şirkətə daha balanslı portfolioyaya nail olmaq, karbohidrogen qiymətlərinin qeyri-sabitliyinə daha yaxşı hazır olmaq və eyni zamanda mənfəətliliyin saxlanması hədəflərinə doğru hərəkət etmək imkanı verəcək”.