Seyid Nəsrullah: ABŞ sayəsində meşə qanunları ilə üz-üzəyik

Seyid Nəsrullah: ABŞ sayəsində meşə qanunları ilə üz-üzəyik

Livanın Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah aprelin 22-si axşam televiziya ilə çıxışında ölkə və regionda baş verənlərə münasibət bildirib.
 
Maide.Az "FaktXəbər"ə istinadla məlumat verir ki, Seyid Nəsrullah çıxışı zamanı İsrailin Hizbullahla yerüstü müharibə etmək iqtidarında olmadığını vurğulayıb.
 
Hizbullah lideri daha sonra Yəmən və Fələstində hər gün baş verən terrorun Şri-Lanka əhalisinə də acı yaşatdığını qeyd edib: “Şri-Lankadakı terror aktlarını dəhşətli soyqırımı lənətləyən digərləri ilə birgə pisləyirik. Terrora qarşı geniş mübarizə aparmağın tərəfdarıyıq. Terror Şri-Lanka, Yəmən və Fələstində hər gün baş verdiyi halda bayram keçirənlərin üzlərindəki təbəssümü yox edir. Bu gün ümid və təslim olmamağa ehtiyacımız var, çünki mövcud müharibə ümidə söykənir. Fələstin xalqı bu gün ümidsizlik hiss edirsə, "Əsrin müqaviləsi" baş verə bilər, ancaq bu millət üçün ümid varsa, müqavilə ləğv olacaq. Livanda müqavimət müxalifləri ümidsizliyə qapılıblar.
 
Heç bir iclasda İsrail rejiminin yaz aylarında Livanla müharibə edəcəyini qeyd etməmişəm. Həmişə bütün ehtimalları nəzərə alırıq və hər hansı bir müharibəyə hazır olmalıyıq, çünki İsrail rejimi aldadıcı bir düşməndir. Şəxsən İsrail rejiminin Livanla müharibəsinin daxili cəbhəsinin hazır olmamasından dolayı baş verməyəcəyinə inanıram. Sionistlərin raketlərə qarşı müdafiə qabiliyyəti haqqında söylədikləri yanlışdır. Onların özləri də etiraf edir ki, Hizbullahla yerüstü əməliyyat aparmaq iqtidarında deyillər".
 
Seyid Nəsrullah "Əl-Ərəbiyyə" kanalının yaydığı məlumatı da təkzib edib: "Kanal Suriyada Rusiya və İran qüvvələri arasında qarşıdurma baş verdiyini və Hizbullahın buna müdaxilə etdiyini irəli sürmüşdü. Bunlar həqiqətləri əks etdirmir və əsassızdır. Suriyadakı müttəfiqlər arasındakı tərəfdaşlıq əvvəlki kimi davam edir.
 
İsrailin indiki ümidi, Tramp və Pompeo vasitəsilə Hizbullahı sanksiyalarla çətin vəziyyətə salmaqdır. Pompeo İran nefti ilə bağlı 8 ölkəyə tanınan sərbəstliyin 1 maydan etibarən heç bir şəkildə uzadılmayacağını bildirdi və Vaşinqtona qulaq asmayanların cəzalandırılacağını vurğuladı. Məsələ ondandır ki, İranın neft təminatı dayanarsa qiymətlər artacaq və bu, ABŞ qərarının çətinliklərindən biridir. Ancaq Pompeo Səudiyyə və BƏƏ-dən yaranan çatışmazlığı dolduracaqları sözünü aldığını irəli sürdü.
 
Tramp İran, Venesuela və Suriyanı cəzalandırmaq istəyir. Onlar hərbi baxımdan məğlub olmuş vəziyyətdədirlər və necə olursa-olsun, sanksiyalar yolu ilə məqsədlərinə çatmaq istəyirlər. Beynəlxalq birlik və beynəlxalq hüquq haradadır? Bu gün ABŞ rəhbərliyi sayəsində meşə qanunları ilə üz-üzəyik.
 
ABŞ terrorizmə dəstək verir və minlərlə insanı öldürür, eyni zamanda terrorla mübarizə apardığı iddia edir. Qüds ilə Qolanı İsrailə verir. Amerika əməliyyatları mövzusunda səssiz qalan ölkələrin mövqeyi bunu müsbət qarşıladığını göstərir.
 
ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına məhəl qoymur və maraqları onun üçün çox əhəmiyyətlidir. Səudiyyə və BƏƏ Yəmən və Bəhreyn daxil olmaqla, Ərəb ölkələrinin daxili işlərinə müdaxilə edirlər".
 

Google+ WhatsApp ok.ru