Siciliya sahillərində tonlarla narkotik maddə daşıyan Türkiyə gəmisi saxlanılıb

Aralıq dənizinin Siciliya sahillərində Türkiyə bayrağı altında üzən gəmi saxlanılıb.
 
Trend “CNN Türk” telekanalına istinadən xəbər verir ki, gəmidə aparılan axtarışlar zamanı 12 ton narkotik maddə ələ keçirilib.
 
İtaliya sahil polisi gəminin narkotik maddə daşıması ilə bağlı anonim məlumat aldıqdan sonra gəmini saxlayıb.
 
Təfərrüatlarla bağlı məlumat verilmir. Türkiyə tərəfi hələlik bu informasiyanı rəsmən təsdiqləməyib./
 

Google+ WhatsApp ok.ru