Sidneydə 99 günbəzli məscid - FOTO

Sidneydə 99 günbəzli məscid - FOTO

-- Avstraliyada 340 məscid var

 Avstraliyanın Sidney şəhərində cəsarətli dizaynı ilə digər məscidlərdən fərqlənən məscid  Ramazan ayında istifadəyə veriləcək. 
 
Maide.Az “CNN” xəbər saytına istinadən məlumat verir ki,   Məscid zahiri görnüşünə görə, digər məscidlərdən fərqlənir. 99 günbəzli məscidin tikintisi üçün 9 milyon dollar vəsait sərf olunub. Məscidin tikintisi başa çatıb və artıq bəzi tamamlanma işləri aparılır.   
 
Punch Bowl bölgəsi üzrə İslami heyətin sədri  Zəkəriyya Metyuz  deyib ki, son illər Avstraliyada məscid tikintisi üçün  lisenziyanı almaq çox çətiləşib. Lakin sevindirici halqdır ki, şəhər şurası bu məscidin  tikintisi üçün layihəni tez qəbul etdi.Və bunun səbəbi məscidin yeni modern dizayn layihəsinin olması idi. 
 
Avstraliyada 340 məscid var ki, onların yarısından çoxu  Sidney şəhərinin cənubunda Punch Bowl bölgəsində yerləşir. 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru