Silah istehsalı ilə məşğul olan şirkətlərin reytinqi açıqlanıb - SİYAHI

Maide.az xəbər verir ki, Stokholm Uluslararası Sülh Araşdırma İnstitutu (SIPRI) silah istehsalı ilə məşğul olan dünyanın 100 ən iri şirkətinin reytinqini açıqlayıb.
 
Reytinq hərbi təyinatlı məhsulların satışından əldə olunan gəlirlərin həcmi və müvafiq xidmətlərin göstərilməsi meyarları əsasında tərtib edilib.
 
100 şirkətin silah satışından əldə etdiyi illik gəlir ümumilikdə 400 milyard dollar edib.
 
Ən çox qazanan 20 silah satan şirkətin adını təqdim edirik:
 
1. Lockheed Martin (ABŞ) – 35,49 milyard dolar
2. Boeing (ABŞ) – 30,7 milyard dolar
3. BAE Systems (İngiltərə) – 26,82 milyard dolar
4. Raytheon (ABŞ) – 21,95 milyard dolar
5. Northrop Grumman (ABŞ) – 20,22 milyard dolar
6. General Dynamics (ABŞ) – 18,66 milyard dolar
7. EADS / Airbus Grup (Avropa) – 15,7 milyard dolar
8. United Technologies Corp. (ABŞ) - 11,9 milyard
9. Finmeccanica (İtaliya) – 10,56 milyard dolar
10. Thales (Fransa) – 10,37 milyard dolar
11. L-3 Communications (ABŞ) – 10,34 milyard dolar
12. Almaz-Antey (Rusiya) – 8,03 milyard dolar
13. Huntington Ingalls (ABŞ) – 6,55 milyard dolar
14. Rolls-Royce (İngiltərə) – 5,55 milyard dolar
15. United Aircraft Corp. (Rusiya) – 5,53 milyard dolar
16. Safran (Fransa) – 5,42 milyard dolar
17. United Shipbuilding Corp. (Rusiya) – 5,12 milyard dolar
18. Honeywell (ABŞ) - 4.87 milyard dolar
19. DCNS (Fransa) – 4,46 milyard dolar
20. Textron (ABŞ) – 4,38 milyard dolar./

Google+ WhatsApp ok.ru