Silahlı müxalifətin nümayəndələri Astanaya gəlməyib

Silahlı müxalifətin nümayəndələri Astanaya gəlməyib

Silahlı  müxalifətin nümayəndələri Suriya məsələlərinin müzakirəsi üçün Astanaya gəlməyib. Bu barədə Qazaxıstan  XİN  Mətbuat Xidmətinin rəhbəri  Anuar  Jaynakov  xəbər verib.
 
«Dünən gecə xəbər gəldi ki, Suriya  müxalifətinin nümayəndələri Astanaya gəlməyəcək. Bununla əlaqədar  hər hansı  müzakirələr gözlənilmir», Jaynakov telefonla bildirib.
 
Onun sözlərinə görə, Suriyada sülhün təminatçıları olan  Rusiya, Türkiyə və İran artıq  Qazaxıstanın  paytaxtından  çıxıblar.
 
Xatırladaq ki, martın 14-15-də Astanada  Suriya üzrə  üçüncü beynəlxalq görüş keçirilib. Danışıqlarda  sülhün təminatçısı olan Rusiya, Türkiyə və İran, həmçinin BMT, İordaniya, ABŞ və Suriya hökumətinin  nümayəndələri iştirak etmişdilər.(faktxeber)
 

Google+ WhatsApp ok.ru