Sionist rejim Qəzzaya avtomobil girişinə qadağa qoydu

Sionist rejim Qəzzaya avtomobil girişinə qadağa qoydu

-- avtomobillərə gözlədikləri yerə görə əlavə vergi tələb də olunur

İşğalçı İsrailin mühasirədə saxladığı Qəzzaya digər şəhərlərdən avtomobillərin daxil olmasına qadağa qoyulub.
 
Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, bu barədə Avtomobil İdxalatçıları Dərnəyindən məlumat verilib.
 
Beyt Harun (Ərəz) sərhəd məntəqəsində 90-a yaxın avtomobilin gözlədildiyi bildirilir. Bundan başqa, limanlarda 300-ə yaxın avtomobil saxlanılıb.
 
Məluamat görə, çoxu ticarətçilərin olduğu avtomobillərə gözlədikləri yerə görə əlavə vergi tələb də olunur. Bu da daşıdıqları məhsulun üzərinə əlavə qiymət gətirir ki, nəticədə ticarətçilərə böyük zərbə vurulur.
 
Dərnək çağırış edərək problemin həll üçün sionist rejimə təzyiq göstərilməsini istəyib.
 
Qeyd edək ki, 2 milyonluq əhalisi olan Qəzza zolağı, 2007-ci ilin iyun ayından etibarən işğalçı İsrail rejimi tərəfəindən mühasirədə saxlanılır. 
 
 

 

Google+ WhatsApp ok.ru