Sionist rejim Şeyx Raid Salahın tələbini qəbul etmədi

Sionist rejim Şeyx Raid Salahın tələbini qəbul etmədi

-- onun xalqla görüşünə və mətbuatla əlaqə qurmasına da qadağa qoyulacağı gözlənilir

İşğalçı İsrail məhkəməsi 1948 Fələstin İslam Hərəkatının klideri Şeyx Raid Salahın azad edilməsi tələbini rədd edib.
 
Maide.az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, şeyxin vəkili Xalid Zabarka Raid Salahın istintaq bitənə qədər ev həbsində qalmasını tələb etdiyini bildirib.
 
Lakin, bu tələb sionist rejimin Hayfa Sülh Məhkəməsi tərəfindən qəbul edilməyib. Bundan başqa, onun xalqla görüşünə və mətbuatla əlaqə qurmasına da qadağa qoyulacağı gözlənilir.
 
Qeyd edək ki, Şeyx Salah 15 avqust 2017-ci ildə sionist əsgərlərin evinə basqın edilməsi nəticəsində həbs edilib. O, qanunsuz dərnəyin fəaliyyətini dəstəkləməkdə və təşviq etməkdə ittiham edilir.
 
Onun nəzarətdə saxlanılma müddəti 22 martda keçirilən növbəti məhkəmə prosesinə qədər uzadılıb.
 
 
 

Google+ WhatsApp ok.ru