Sionist əsgərlər 25 fələstinli uşağı qətlə yetirib

Sionist əsgərlər 25 fələstinli uşağı qətlə yetirib

-- 25 uşaqdan 11-i başından və ya boynundan vurulub

Bu il ərzində sionist İsrailin işağlı altında olan Qəzza Zolağı və Qərbi Şəriədə 25 fələstinli uşaq İsrail əsgərləri tərəfindən öldürülüb. 
 
Maide.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Fələstin Uşaq Müdafiə Hərəkatının hesabatında qeyd edilib.
 
Məlumata görə, onlardan 21-i Qəzza Zolağında, 4-ü isə Qərbi Şəriədə sionist əsgərlərin gülləsinə hədəf olublar.
 
25 uşaqdan 11-i başından və ya boynundan vurulub. Hesabatda "İsrail ordusu özünə birbaşa təhdid təşkil etməyən fələstinli uşaqlara qarşı ölümcül güc və güllə istifadə etməyə davam edir", - sözlərinə yer verilib.
 
Qeyd edək ki, 30 martdan etibarən fələstinlilərin başlatdığı "Böyük Qayıdış Yürüşü" aksiyalarında ümumilikdə 135 nəfər şəhid olub.

Google+ WhatsApp ok.ru