Sionist əsgərlər 25 fələstinli uşağı qətlə yetirib 02 İyul 2018 01:00 Fələstin -- 25 uşaqdan 11-i başından və ya boynundan vurulub Bu il ərzində sionist İsrailin işağlı altında olan Qəzza Zolağı və Qərbi Şəriədə 25 fələstinli uşaq İsrail əsgərləri tərəfindən öldürülüb. Maide.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Fələstin Uşaq Müdafiə Hərəkatının hesabatında qeyd edilib. Məlumata görə, onlardan 21-i Qəzza Zolağında, 4-ü isə Qərbi Şəriədə sionist əsgərlərin gülləsinə hədəf olublar. 25 uşaqdan 11-i başından və ya boynundan vurulub. Hesabatda "İsrail ordusu özünə birbaşa təhdid təşkil etməyən fələstinli uşaqlara qarşı ölümcül güc və güllə istifadə etməyə davam edir", - sözlərinə yer verilib. Qeyd edək ki, 30 martdan etibarən fələstinlilərin başlatdığı "Böyük Qayıdış Yürüşü" aksiyalarında ümumilikdə 135 nəfər şəhid olub. Teqlər : #Sionist əsgərlər 25 fələstinli uşağı qətlə yetirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinli gənclərdən `Böyük qayıdış` rəqsi - VİDEO Fələstinli qadınlar aksiya keçirdi - FOTO
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar