Sionist baş nazir: Hizbullah 2006-cı ildən bəri gücünü 15 dəfə artırdı

Sionist rejimin baş naziri Benyamin Netanyahu İsrail Parlamentinin qış dövrü açılışında təəccüblü çıxış edib.
 
Maide.az xəbər verir ki, Netanyahu 2006-cı il Hizbullah-İsrail döyüşündən sonra Cənubi Livana yönlləndirilən qüvvələrin Hizbullahın silah tədarük görməsinə maneə törətməklə vəzifəli olduqlarını, ancaq bu vəzifənin öhdəsindən gələ bilmədiklərini deyib.
 
Sionist ordusunun boşaltdığı bölgələrə beynəlxalq güclərin yönləndirilməsinin uyğun bir variant olmadığını söyləyən Netanyahu, "Hizbullah 2006-cı ildən bəri raket və döyüş mexanizmləri baxımından gücünü 15 dəfə artırdı", - deyib.  
 
 
Netanyahu, İsraili qorumaq üçün yalnız İsrail əsgərlərinə güvənmələri lazım olduğunu, bunun xaricində alternativ axtarmamaları lazım olduğunu dilə gətirdi.

Google+ WhatsApp ok.ru