Sionist hərbçilərin atəş açması nəticəsində fələstinli qız şəhid oldu

Bir fələstinli qız sionist rejim hərbçilərinin açdığı atəş nəticəsində şəhid olub.
 
Maide.az xəbər verir ki,bu gün səhər işğal olunmuş Qüdsdə sionist Antut şəhərciyi yaxınlığında sionist hərbçilərin açdığı atəş nəticəsində yaralanan 20 yaşlı fələstinli qız, aldığı yaralar nəticəsində  şəhid olub.
 
İsrail rejimi polisi bildirib ki, bu fələstinli qız sionist rejimin sərhəd mühafizə xidməti tərəfindən şəhid edilib.
 
Sionist İsrail rejiminin "Maarif" xəbər saytı öldürülən14 yaşlı qız uşağının İn Əbu Eyd olduğunu bildirib. Fələstinli rəsmilər sionist əsgərlərin qətlə yetirdiyi fələstinliləri günahkar göstərmək üçün öldürdükdən sonra yanlarına bıçaq qoyduqlarını iddia ediblәr. Rəsmilər küçədə mühakiməsiz edam edilən fələstinlilərin yanında həmişə eyni tipli bıçaqların olduğuna diqqət çəkiblər.
 
İşğal olunmuş Fələstin əraziləri 2015-ci il oktyabr ayının əvvəlindən sionist rejimin əl-Əqsa məscidi qarşısında yürütdüyü təcavüzkar siyasətlərə fələstinlilərin etirazlarının şahididir.
 
Qüds İntifadasi kimi tanınan fələstinlilərin yeni qiyamında indiyə qədər 164 nəfərdən çox fələstinli şəhid olub, minlərlə fələstinli isə yaralanıb. Yüzlərlə fələstinli isə həbs olunub.
 

 

Google+ WhatsApp ok.ru