Sionistlər əl-Əqsa məscidinə hücum ediblər

Sionist qəsəbə sakinləri İsrail hərbçilərinin dəstəyi ilə bir daha əl-Əqsa məscidinə hücum ediblər.
 
Maide.az xəbər verir ki, sionist qəsəbə sakinlərinin bazar ertəsi günü əl-Əqsa məscidinə hücum etmələrinin ardınca təhlükəsizlik qüvvələri Babül-Müğaribə qapısını bağlayıblar.
 
Məscidin içində namaz qılmaqla məşğul olan fələstinlilər və dini elmlər üzrə təhsil alan tələbələr sionistlərin məscidə daxil olmasına mane olmağa çalışıblar.
 
Həmçinin, fələstinlilərin İsrail rejiminə qarşı  etirazlarının davamında, işğalçı İsrail hərbçiləri Qərb sahilində daha 10 fələstinlini həbs ediblər.
 
İşğal edilmiş Fələstin torpaqları ötən ilin oktyabr ayının əvvəllərindən fələstinlilərin İsrail rejiminin cinayətləri əleyhinə geniş etirazlarının şahididir. Bu etirazlar Qüds İntifadası adı ilə tanınır. Etirazların başlandığı gündən İndiyə qədər 170 nəfərdən çox fələstinli şəhid olub, minlərlə fələstinli isə yaralanıb. Yüzlərlə fələstinli isə həbs olunub./
 
 

Google+ WhatsApp ok.ru