Sionistlər Məscidi Əqsaya hücum çağırışı etdilər (VİDEO)

Terror rejimi İsraillə radikal yəhudilərin Məscidi Əqsaya qarşı şeytanı əməlləri davam edərkən, "Süleyman Məbədi Ardıcılları" adlı fanatik yəhudi qrupu kütləvi şəkildə Məscidi Əqsaya hücum üçün çağırış ediblər.
 
Maide.az-ın məlumatına görə, terrorist və fanatik qrup tərəfindən yayımlanan məlumatda Fələstində məskunlaşan bütün yəhudilərdən cümə günü keçiriləcək Məscidi Əqsa əleyhinə hücum aksiyasında iştirak etmək istənilib. Sionist İsrail rejiminin də bu cür hücumları qızışdırdığı bildirilir.
 
Qeyd edək ki, bir neçə gün əvvəl sionist yəhudilərin Məscidi Əqsaya hücumu nəticəsində 17 fələstinli müsəlman yaralanmışdı.
 
HƏMAS hərəkatı isə yayımladığı açıqlamada terror rejimi İsrailin Məscidi Əqsanı dağıtmaq hədəfində olduğunu bildirərək, İslam ölkələri, müsəlmanlar və beynəlxalq cəmiyyətdən İsrailin dağıdıcı addımlarına qarşı etiraz etmələrini istəyib.

Google+ WhatsApp ok.ru