Sionistlər tərəfindən ölü sayı 14 nəfərə yüksəldi

Fələstinli bir snayperçi cümə günü axşam əl-Xəlil şəhəri yaxınlığındakı “Beyt Ənun” rayonunda iki sionist hərbçini hədəfə alaraq, hər ikisini məhv edib.
Maide.az xəbər verir ki, İşğalçı İsrail rejiminin iki hərbçisinin müxtəlif rayonlarda öldürülməsi ilə, Fələstin intifadasında ölən sionistlərin sayı 14 nəfərə çatıb.
Fələstinlilərin cümə günü Qərb sahilində, xüsusən də əl-Xəlil şəhərində keçirdikləri əməliyyatlarda iki sionist hərbçi öldürülüb, onlardan daha 4 nəfəri isə yaralanıb. Sionistlər tərəfdən yaralıların ümumi sayı 300 nəfərə çatıb.
Sionist rejimi polisi Müqavimət hərəkatının snayperlərindəən ehtiyatlanaraq, “Davudun qırmızı ulduzu” qüvvələrini bu bölgəyə daxil olmamağa çağırıb və həmin iki hərbçini öz şəxsi avtomobilləri ilə Hedasa Eyn Karem xəstaxanasına çatdırıb.
Eyni zamanda, əl-Xəlildə keçirilən oxşar əməliyyatda Sionist rejiminin daha 3 hərbçisi fələstinli mübarizlər tərəfindən hədəfə alınaraq ağır yaralanıblar.
Habelə, Ramallahın şərqindəki şair Benyamin qəsəbəsinin daxilində aparılan başqa bir əməliyyat zamanı bir sionist mühacir fələstinli gəncin soyuq silahla hücumuna məruz qalaraq ağır yaralanıb və daha 4 sionist vahiməyə düşüblər.
Cümə günü səhər əl-Xəlildə gedən əməliyyatda isə bir fələstinli gənc bir sionisti hədəfə alaraq ona xəsarətlər yetirib.
Digər tərəfdən, qəzəb cüməsi günü Qərb sahilinin və Qəzza zolağının müxtəlif rayonlarında gedən toqquşmaların davamında əl-Xəlildə 72 yaşlı fələstinli bir qadın və Xan Yunis şəhərinin şərqində bir fələstinli gənc sionist rejiminin hərbçiləri tərəfindən güllələnərək şəhid ediliblər.
Eləcədə, yüzədək fələstinli Qərb sahilində gedən döyüşlərdə və bəziləri isə Qəzza zolağında gedən toqquşmalarda sionist hərbçilər tərəfindən açılan atəşlə yaralanıblar ki, beləliklə də, İntifada şəhidlərinin sayı 37-ci günədək 78 nəfərə çatıb./
 

Google+ WhatsApp ok.ru