İsrail hərbçiləri Qüdsdə fələstinli şagirdlərə hücum edib

Sionist rejimi hərbçiləri işğal olunmuş Qüds şəhərinin Rəs əl- Amud məhəlləsində gözyaşardıcı qazdan və plastik güllələrdən fələstinli şagirdləri hədəfə alıb.

Maide.az xəbər verir ki, bu hücumlar nəticəsində bir qrup şagird yaralanıb, lakin hələlik yaralılar barədə dəqiq məlumat yoxdur.

Bu arada, bir qrup sionist mühacir də əl-Xəlil şəhərindəki işğal olunmuş Keryat Ərbə ərazilərində fələstinlilərin evlərinə hücum ediblər.

 

Qərb sahilində 29 fələstinli həbs edilib

Sionist İsrail əsgərləri  Qərb sahilinin Qəlqiliye şəhərində yaşayış evlərinə hücum edərək, sakinlərdən 25-ni həbs ediblər.

Fələstinin Səfa Agentliyinin məlumatına görə, həbs edilənlərin əksəriyyəti Həmas hərəkatına bağlı qüvvələrdir.

Bu həbslər Qəlqiliye şəhərində Həmas hərəkatının qadın fəallarından olan Rəşa əl-Oveysinin öldürülməsindən bir neçə saat sonra baş verib.

Daha 4 fələstinli gənc əl-Xəlil şəhərinin cənubundakı Dura rayonunda saxlanılıb.

Digər tərəfdən, İsrail ordusunun buldozerləri Qərbi Cenində əl-Mərəc İbn Amer çölündə 3 su quyusunu dağıdıblar.

Bundan əlavə, sionist əsgərlər Tulkərəm şəhərinin qərbində yerləşən əl-Xozuri universitetinə hücum ediblər. /

 

Google+ WhatsApp ok.ru