Sionistlər Türkiyədə rəsmi görüşlər keçirəcək

Mavi Mərmərə basqınından sonra pozulan Türkiyə-İsrail münasibətlərinin həll edilməsi üçün addımlar atılarkən, bu gün Ankara vacib qonaqlar qəbul edəcək.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana 2004-ci ildə "Cəsarət Medalı" verən iki yəhudi təşkilatının üzvü olduğu Böyük Amerika Yəhudi Təşkilatları Sədrlər Konfransı üzvləri bu gün həm Ərdoğan ilə, həm də Baş nazir Əhməd Davudoğlu ilə görüşəcək.
 
Maide.az-ın "Cümhuriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, danışıqlarda Mavi Mərmərə hücumu ilə pozulan Türkiyə İsrail münasibətlərinin düzəldilməsi üçün son dövrdə atılan addımların müzakirə edilməsi gözlənilir. Regional proseslərin də müzakirə mövzularından biri olacağı bildirilir.
 
Maide.az xəbər verir ki, konfrans ABŞ yəhudilərinin ölkənin siyasi həyatına yönəlik ümumi tələb və gözləntilərinin rəhbərliyə çatdırılması məqsədilə 1956-ci ildə yaradılıb.
 
Konfransın məqsədlərindən biri də anti-semitizmlə mübarizə ilə bərabər, ərəb ölkələri və müsəlman cəmiyyətlər ilə dostcasına münasibətlərin təsis edilməsi kimi qeyd olunur.
 
Konfransa 52 yəhudi təşkilatı üzvdür. Üzvlər arasında Anti-Defamation League (ADL) ilə American Jewish Committee (AJC) də var.
 
American Jewish Congress (Amerika Yəhudi Konqresi - AJC) və Anti-Defamation League (Böhtanla Mübarizə Birliyi ADL) Türkiyədə yaxından tanınır. AJC və ADL 2004-ci ildə Nyu-yorkda dövrün Baş naziri Tayyib Ərdoğana "Üstün Cəsarət Medalı" vermişdi.
 
"One Minute" və Mavi Mərmərə böhranınından sonra Ərdoğana verilən medal Türkiyə İsrail münasibətlərinin daha da kəskinləşməsinə yol açdı.
 
Təşkilatlar medallarını geri istəmiş, Ərdoğan da ekstradisiya ediləcəyini açıqlayıb, təhvil tapşırığını vermişdi.  Ancaq mükafatın ekstradisiya edilməsi haqqında rəsmi bir açıqlama səsləndirilməyib.

Google+ WhatsApp ok.ru