Sionist nazir İranın nüvə alimlərini təhdid etdi

Sionist rejimin müharibə naziri İranın nüvə alimlərini təhdid edib. Maide.az xəbər verir ki, Moşe Yaalon Almaniyada çıxan "Şpigel" jurnalı ilə müsahibədə iranlı nüvə alimlərini təhdid edərək, deyib: "Aydın məsələdir ki, İranın nüvə proqramı hansı yolla olursa olsun durdurulmalıdır." 
 
Sionist rejimin müharibə naziri İranın nüvə işi ilə bağlı Vyanada əldə olunan anlaşma barədə digər sionist rejim başçılarının iddialarını təkrar edərək, bu anlaşmanı "tarixi səhv" adlandırıb. 
 
Moşe Yaalon "İranın nüvə alimləri daha artıq terrora məruz qalacaqlarımı?" sualının cavabında deyib: "İsrail İranın nüvə alimlərinin nə qədər yaşayacaqlarına dair məsuliyyət daşımır." 
 
Xatırladaq ki,  2007-ci ildən indiyədək İranda nüvə enerjisi sahəsində çalışan 5 mütəxəssis terrorun qurbanı olub. İran sui-qəsdlərin arxasında İsrailin dayandığını bildirir.

Google+ WhatsApp ok.ru