Sionist polisi fələstinli cəsur yeniyetməni qanına qəltan etdi - VİDEO

Sosial şəbəkələrdə yayılan klipdə göstərilir ki sionist rejim polisi necə yaralı fələstinli yeniyetməni qanlı səki üzərində tapdalayaraq can verməyə məcbur edir
 
Maide.az xəbər verir ki, işğal olunmuş torpaqlarda yaşayan fələstinli yeniyetmə və gənclər müasir hərbi texnika ilə təchiz edilmiş israilliləri Qəzza zolağı  və Livan sərhəddi boyunca daha yeni cəbhədə döyüşməyə məcbur ediblər.
 
Fələstinli yeniyetmələr son vaxtlar ən primitiv əşya, yəni mətbəx bıçağı ilə təhlükəsizlik qüvvələri və silahlanmış qəsbkar yəhudilərlə dolu küçələrə çıxır və öz torpaqlarını işğal edənlərə hücum edirlər; sonu yalnız şəhidlik olan bir hücum.
 
İşğalçı İsrail Xarici İşlər Nazirliyi “Youtube”- la danışıqlara başlayıb və həmin hücumlara dair “təxribatçı” videoları silməyə nail olub; Bununla belə, yenicə yayılmış bir videokadrda yaralı fələstinli yeniyetmənin işğal olunmuş Qüds küçələrindən birində çətin anlarını göstərilir.
 
Bu videonun əvvəlində 11 yaşlı bir yeniyetməni görürük ki yerə yıxılmış və qəribə bir səslə bildirməyə çalışır ki ətrafındakı qan boğazından axır.
 
Bu yeniyetmə də şəhid olmuş digər həmyaşıdları kimi vətənini işğalçılardan təmizləmək üçün əlində bıçaqla təhlükəsizlik qüvvələrinə və yəhudi mühacirlərə hücum edərkən güllələnib.
 
Videonun elə ilk saniyələrindən bir mühacir sionist yeniyetməni təhqir edir, bu söyüşləri etik normalara görə tərcümə etməyirik.
 
Həmin 2 dəqiqəlik videokadrda 2 təcili tibbi yardım avtomobili yaralanmış sionistləri hadisə yerindən uzaqlaşdırır.
 
Hadisə yerində göy rəngli əlcəkdə bir nəfər isə xilasediciyə oxşayır, lakin əlcəyi geydikdən sonra o da hadisə yerini tərk edir.
 
Ömrünün son anlarını yaşadığı ehtimal edilən yaralı yeniyetmə çətinliklə dizlərini bükərək əlləri ilə ayağa qalxmağa çalışarkən, polis qüvvələri yenidən ölüm dirim savaşı aparan bu zəif uşaqla mübarizə aparmaq üçün silaha əl atırlar.
 
Polis təpiklə vuraraq uşağı yerdə can verməyə məcbur edir. /
 

Google+ WhatsApp ok.ru