Misir ordusu Qəzza tuneli partladıb

Misir ordusunun sərhəddəki tuneli partlatması nəticəsində 3 Fələstinli fəhlə itkin düşüb

Qəzza ilə Misir arasındakı tunellərdən birinin Misir ordusu tərəfindən partladılaraq dağıdılması nəticəsində tuneldə işləyən 3 fələstinlinin itdiyi bildirilir.
 
Maide.az xəbər verir ki, itən fəhlələr 24-25 yaş arasında olublar. 
 
Bildirilir ki, əvvəl fasilələrlə silah səsləri və daha sonra şiddətli partlayış səsi eşidilib. Partlayış nəticəsində tunelin böyük bir hissəsinin dağıdıldığını deyilir.
 
Misir fələstinlilərin "can damarı" kimi gördüyü tunelləri dağıtmaq üçün 2 sentyabrda Qəzza sərhədinə böyük su boruları döşəməyə, 18 sentyabrda də dəniz suyu vurmağa başlamışdı.
 
İsrail rejimi blokadası altında olan Qəzzada demokratik seçki ilə hakimiyyətə gələn Həmasın rəhbərliyə gəlməsindən sonra, 2007-ci ildə Misir-Qəzzə arasındakı Rifah Sərhəd Qapısı, ticarət keçidləri bağlanmışdı. 

Google+ WhatsApp ok.ru