Sionist qəsəbə sakinləri əl-Əqsa məscidinə hücum ediblər

Maide.az xəbər verir ki, Misirin "əl-Şərq əl-Əvsət" informasiya agentliyinin verdiyi məlumata görə, sionist qəsəbə sakinləri bu gün səhər sionist rejim hərbçilərinin himayəsi altında Babül-Müğaribə qapısı istiqamətindən əl-Əqsa məscidinə doğru yürüş ediblər.
 
Buraya toplaşan fələstinlilər isə "Allahu Əkbər" deyərək, sionistlərin bu təhrik edici hərəkətinə etiraz ediblər. Sionist qəsəbə sakinləri isə "ərəbləri öldürün" mənasında olan təhrikedici şüarlar səsləndiriblər. 
 
Sionist qruplar və təşkilatlar son günlər öz tərəfdarlarını əl-Əqsa məscidinə yürüş etməyə dəvət edirlər. 

Google+ WhatsApp ok.ru