İstanbulda naməlum silahlılar 7 nəfəri yaralayıblar

Türkiyənin İstanbul şəhərində naməlum silahlıların hücumu nəticəsində 7 nəfər yaralanıb. Maide.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, naməlum silahlıların İstanbulun Bayrampaşa məntəqəsində polis idarəsinə hücumu 5-i polis əməkdaşı olmaqla 7 nəfərin yaralanmasına səbəb olub. 
Yaralılar xəstəxanaya köçürülüblər. Polis hücumçuları ələ keçirmək üçün axtarışlara başlayıb. 
Hadisədən bir qədər öncə İstanbul polisi Ədliyyə binası önündə aksiya keçirən insanları dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan istifadə etmişdi.

Google+ WhatsApp ok.ru