Sionist rejim 24 saatlıq bir tərəfli atəşkəs elan edib

Işğalçı rejim çıxılmaz vəziyyətə düşüb və qaçış yolları axtarır

Qəzzədə müvəqqtəi atəşkəsin sona çatmasından sonra işğalçı sionist rejimi təhlükəsizlik kabineti təcili toplanıb və atəşkəsin daha 24 saat uzanmasına qərar verib.  

Maide.az-ın Reuters-ə istinadən əmlumatına görə,  işğalçı İsrailin təhlükəsizlik kabineti  təcili toplanaraq Qəzzada aparılan yerüstü əməliyyatların davam etdirib-etdirməməsi məsələsini müzakirə edib. Müzakirələrin davamında atəşkəs rejiminin hələlik daha 24 saat uzanmasına qərar verib. Həmas isə atəşkəs rejimini qəbul etməyib və hücumlarını davm etdirir. 

Qeyd edək ki, ötən gün səhər saat  08:00-dan 20:00-a qədər  işğalçı sionist rejim və Həmas arasında müvəqqəti atəşkəs elan olunmuşdu. Daha sonra atəşkəsin vaxtı daha 4 saat uzadılmışdı. Həmas elan edib ki, sionist rejim əsgərləri Qəzzadan geri çəkilməyənəcən atəşkəsin elan olunması qəbul olunmazdır. Bunun davamında atəşkəsin vaxtı bitdikdən sonra Həmas-ın hərbi qolu olan  İzzəddin Qəssam briqadası İsrailə raket hücumlarını başlayıb. Atılan raketlərdən bir neçəsi Təl Əvivə düşüb. 

Həmas rəsmisi İsmayıl Rizvan deyib ki, “İsrail öz məqsədləri və mənafeyinə uyğun olaraq bir tərəfli atəşkəs elan edir.  Bu atəşkəsi elan etməklə tənəffüs edir, hərbi strategiyasını yenidən gözdən keçirir. İsrail hazırda çox çıxılmaz vəziyyətdədir, lakin dünyaya müharibəni idarə edənin özü olduğunu göstərməyə çalışır. Amma bu belə deyil, iplər İslami Müqavimətin əlindədir”.

İsmail Rizvan əlavə edib ki,  İsrail bu cür hərəkətləri ilə Həması çətin vəziyyətdə qoymağa çalışır. Sionist rejim bütün etdiklərinin cəzasını alacaq. Biz atəşkəs təklifini humanitar məqsədlərlə qəbul etdik. İsrail heç bir səbəb olmadan qadın və uşaqları öldürməyə davam edir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, işğalçı israil rejim hərbi cinayət törədir və beynəlxalq məhkəmədə mühakimə olunmalıdır.

Qeyd edək ki, Atəşkəsin elan olunmasından sonra indiyədək Qəzzanın müxtəlif bölgələrindən dağıntılar altından 149 fələstinlinin cəsədini çıxardılıb.  Ümumilikdə Qəzzada şəhid olanların sayının 1049 nəfərə çatıb. Yaralıların sayı isə 6000 dən çoxdur. /

Google+ WhatsApp ok.ru