Sionist rejim 28 fələstinli qadını `Facebook`dakı paylaşımlarına görə həbs edib

Fələstin Əsirləri Tədqiqat Mərkəzi Qüds İntifadasının başladığı 2015-ci ilin oktyabr ayından bu yana 28 fələstinli qadının “Facebook”dakı paylaşımları səbəbindən işğalçı İsrail rejimi tərəfindən həbs edildiyini açıqlayıb.

Mərkəz məsələ ilə bağlı yaydığı açıqlamada fələstinli qadınların həbsi hallarının işğalçı qüvvələrin əvvəldən bəri istifadə etdiyi köhnə siyasət olduğunu, müəyyən bir dövrə xas olmadığını və şəraitə uyğun olaraq intensivləşdiyini bildirib. Qüds İntifadasının əvvəlindən ötən yeddi ay ərzində İsrail rejimi tərəfindən müxtəlif bəhanələrlə onlarla fələstinli qadın və gənc qızın saxlanıldığına diqqət çəkən açıqlamada, nəzarət altına alınanlardan bəzilərinin yəhudilərin Məscidül Əqsaya təşkil etdikləri hücumlara qarşı müqavimət göstərməkdə, bəzilərinin də bıçaqlamaya cəhddə günahlandırıldıqları, bir qisminin də həbsdə olan yaxınlarına baş çəkməyə gedərkən nəzarət altına alındıqları qeyd edilib.

Fələstin Əsirləri Tədqiqat Mərkəzi Qüds İntifadasının əvvəlindən bu yana işğalçı qüvvələrinin fələstinli qadınları nəzarət altına almaq üçün yeni cinayətlər uydurduğuna işarə edərək, bu yeni cinayətlərin başında sosial şəbəkələr vasitəsilə edilən paylaşımların gəldiyini də bildirib. Açıqıamada 28 fələstinli qadına qarşı bu cür ittihamların irəli saürüldüyü və onlardan 6-nın hələ də həbsdə saxlanldığı qeyd edilib. (eastnews)

Google+ WhatsApp ok.ru