Sionist rejim əsgərləri 40-a yaxın fələstinlini yaralayıb

Sionist rejim əsgərləri 40-a yaxın fələstinlini yaralayıb

İşğalçı Sionis rejim  qüvvələri və fələstinlilər arasında Qüdsün şimalında  baş vermiş  qarşıdurma zamanı 40-a yaxın fələstinli yaralanıb.
 
Maide.Az Presstv-ə istinadən bildirir ki, İsrail rejiminin qüvvələri Qüdsün Ebu Dış qəsəbəsində etiraz mitinqi edən fələstinlilərə müdaxiləsi zamanı 30 fələstinli yaralanıb. Etiraz aksiyası işğalçı rejim qüvvələrinin Qüdsün şimalında Qulendiya kəndində 12 evi dağıtdıqdan sonra baş verib. 
 
Etirazçı gənclər və İşğalçı rejim qüvvələri arasında gərgin qarşıdurma baş verib.  İsrail rejiminin qüvvələri fələstinliləri plastik güllələrlə və gözyaşardıcı qazlarla və səs bombalarından istifadə edərək yaralayıblar. Yaralılar arasında jurnalistdə var. 
İşğalçı rejim qüvvələri bu gün həmçinin Beyt Ficar qəsəbəsinə hücum ediblər və fələstinlilərdən bir neçə nəfəri həbs ediblər.
Bu gün səhər işğalçı rejim hərbiçiləri Ramullah şəhərində də Əl-Mari düşərgəsinə hücum ediblər və 3 fələstinlini yaralayıblar.
 
Şahidlərin bildirdiyinə görə, Ramullahın qərbində yerləşən Ləin kəndində də oxşar qarşıdurmalar baş verib. 
 
Sionist rejim işğal olunmuş ərazilərdə qanunsuz  tikililəri davam etdirmək məqsədi ilə Fələstinlilərin evlərinin dağıdılması prosesini  davam etdirirlər. Fələstinlilər  evlərinin boşaldılmasına dair məhkəməyə yalnız  İşğalçı rejim  məhkəmələrinə müraciət etməlidirlər. Lakin  açılan cinayət işlərinin xərcləri həddən artıq baha olduğu üçün fələstinlilər  şikayət etməkdən imtina edirlər. Fələstinlilər şikayəti əsasında cinayət işi təşkil olunmuş olsa belə, işə baxılma prosesi o qədər uzadılır ki, heç bir nəticə əldə etmək mümkin olmur. 
 

Google+ WhatsApp ok.ru