Sionist rejim atəşkəsi pozdu

Rəfah şəhərində 120 nəfər şəhid olub. 500 nəfərdən çox fələstinli isə yaralanıb.

İşğalçi sionist rejim ordusu ilə Fələstinin «HƏMAS» hərəkatı arasında bu səhər qüvvəyə minmiş 72 saatlıq humanitar atəşkəs heç bir neçə saat keçməmiş dayandırılıb. 
 
Maide.az-ın əl-Aləm kanalına istinadən məlumatına görə, sionist rejim qüvvələri Qəzza zolağında əməliyyatları davam etdirib. işğalçı İsral rəhbərliyi Qəzza zolağının sakinlərinə evlərindən çıxmamağı tövsiyə edib. 
 
Atəşkəs pozulduqdan bir qədər sonra İsrail tanklarından Qəzza zolağına hücumlar davam etdirilib. Qəzza həkimlərinin məlumatına görə, bu zərbələr nəticəsində Rəfah şəhərində 120 nəfər şəhid olub. 500 nəfərdən çox fələstinli isə yaralanıb. 
 
Beynəlxalq KİV-lərin məlumatına görə, HƏMAS qüvvələri işğalçı rejimin zabitlərindən bir nəfəri əsir götürüb. İsrail tərəfi də əsir götürülmüş şəxsin zabit olduğunu təsdiqləyib. 
BMT və bir sıra beynəlxalq qrumlar Qəzzada əldə olunmuş 72 saatlıq atəş kəsin pozulmasını kəskin tənqid ediblər.
 
İyulun 8-də işğalçı İsrail ordusu Qəzza əməliyyatlarına başlayandan bəri 1500 fələstinli şəhid olub, 8000 fələstinli isə yaralanıb, İsrail tərəfi isə 61-i hərbçi olmaqla, 64 nəfər itki verib.
 

Google+ WhatsApp ok.ru