Şabak: Həmasın çox yaxşı təlim görmüş ordusu var

Sionist rejiminin daxili kəşfiyyat idarəsi olan Şabak, İslami Müqavimət Hərəkətinin (Hamas) yaxşı təlim görmüş hərbi dəstələr qurduğunu söyləyib.
 
Maide.az-ın məlumatına görə, "Yediot Ahronot" isə bu gün nəşr etdiyi xəbərdə rejimin təhlükəsizlik qüvvələri əmindirlər ki, Həmas fələstinli əsirləri azad etmək üçün İsrail əsgərlərini əsir götürmək və ya öldürdüklərinin cəsədlərini qaçırmaq üçün fürsət gözləyirlər.
 
Qəzetin məlumatına görə, Şabakın hesabatında bildirilir ki, Həmas Hərəkatı müharibəyə yaxşı hazırlaşıb və Qəzzanın altında şəhər tikiblər.
 
Qeyd edək ki, üç həftəni geridə qoyan müharibədə Əl-Qəssam Briqadaları işğalçıların ən uzaq məsafədəki hədəflərini belə, vurublar. Onlar tunellərdən istifadə edərək düşməni pusquya salır, düşmənin ən qüvvələrindən zabit və əsgərləri vuraraq, tank və zirehli texnikalarını zərərsizləşdirilər. 

Google+ WhatsApp ok.ru