Sionist rejim başçılarının məhkəməyə verilməsi tələb olunur 19 Dekabr 2014 02:00 Dünya Maide.az-ın məlumatına görə, Fələstin qanunvericilik məclisinin üzvü Xalidə Cərar İRNA-ya müsahibəsində bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasında sionist işğalçılığına son qoyulması üçün zaman təyin olunması, sionist rəhbərlərinin təqib olunmaları və məhkəməyə verilmələri Fələstinin beynəlxalq cinayət məhkəməsinə üzv olmasına mənfi təsir göstərməməlidir. Xalidə Cərar bildirib ki, "Bu iki layihənin heç biri digərini əvəz edə bilməz. Əgər fələstinli məsul şəxslərin TŞ-na sionist başçılarının məhkəməyə verilməsinə dair müraciəti digər müraciətlərin əvəzedicisi kimi təqdim edilərsə, o zaman heçnəyə nail ola bilməyəcəklər. " O, həmçin fələstinlilərin əsas hədəflərinə, öz torpaqlarına qayıtma haqqlarına təkid edərək bildirib ki, 1948-ci ildə sionist rejimin saxta qanunu nəticəsində doğma yurdlarından didərgin düşmüş fələstinli mühacirlər öz evlərinə geri dönməlidirlər. Mühacirlərin geri dönmələri də sionist rejimin işöalçılıöına son qoyulmasından asıllıdır.// Teqlər : #Sionist rejim başçılarının məhkəməyə verilməsi tələb olunur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 850 min Nigeriyalı evindən oldu İran parlamentinin spikeri İraq, Suriya və Livana səfər edir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO