Sionist rejim Beyt Hanu sərhəd məntəqəsini bağladı

Təcavüzçü İsrail rejimi Qəzza və İordan çayının qərb sahilləri arasında gediş-gəliş məntəqəsi olan Beyt Hanun sərhəd mənətəqəsini bağlayıb.
Maide.az xəbər verir ki, sionist rejim Qəzzadan İsrailin cənubuna roket atıldığı bəhanəsi ilə bu addım atıb.
Açıqlamada bildirilib ki, yalnız fövqəladə vəziyyətlərdə məntəqədən keçiş üçün icazə veriləcək.
Qeyd edək ki, İsrail müxtəlif vaxtlarda bir çox bəhanələrlə Fələstinə qarşı sanksiyalar tətbiq edir, bölgəni blokadada saxlayır.//

Google+ WhatsApp ok.ru