Türkiyənin yeni naziri “erməni soyqırımı”nı tanıdı 01 Sentyabr 2015 01:00 Dünya Türkiyədə 3 gün əvvəl qurulan yeni hökumətdə Avropa Birliyi üzrə nazir kürdlərin partiyası kimi tanınan HDP təmsilçisi Əli Heydər Qönçə keçirdiyi mətbuat konfransında “erməni qətliamını”nın baş verdiyini dilə gətirib. Qönçə “erməni soyqırımı”mövzusunun Avropa Birliyində gündəmə gətiriləcəyi halda hansı mövqe ortaya qoyacağı ilə bağlı suala belə cavab verib: “Bir qətliam baş verdiyi çox açıq və dəqiqdir. Bunu hər kəs qəbul edir. Əsas etibarilə qəbul etməyən yoxdur. Əsas olan onun təsdiqlənməsidir. Onu da partiyada müzakirə etdikdən sonra mövqeyimiz dəqiqləşdirəcəyik”. Nazirin bu açıqlamasını “erməni soyqırımı”nın tanınması kimi qiymətləndirilməsindən sonra bu gün HDP-nin mərkəzi ofisinin qarşısında jurnalistin sualına cavab olaraq, o bildirib ki, 1915-ci ildə baş verənlərin adı “qətliamdır”. O, açıqlamasında “soyqırım” ifadəsini işlətmədiyini, 1915-ci ildə öldürülmənin olduğunu və bunun adının da “qətliam” olduğunu bir daha vurğulayıb(bizimyol). Teqlər : #Türkiyənin yeni naziri erməni soyqırımını tanıdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist rejim Beyt Hanu sərhəd məntəqəsini bağladı Almaniyada məscid qalıqları tapılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO