Sionist rejim döyüş günahkarı elan edilib

Maide.az xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatı yaydığı illik hesabatında dünya arenasından irqçi İsrail rejiminə silah satışını dayandırmağa və bu rejimin cinayətlərinə mane olmalarını istəyərək, İsrailin satın aldığı silahlarla soyqırım cinayəti törətdiyini bildirib.
 
Beynəlxalq Amnistiya Təşkilatı Direktoru Anna Nistat açıqlamasında, İsrailin silahları mülki vətəndaşlara qarşı istifadə etmək ehtimalına baxmayaraq, 2014-cü ildə İsrailə böyük silah yüklərinin satıldığını bildirib.
 
Beynəlxalq Amnistiya Təşkilatının hesabatında həmçinin, silahlı qrupların 2014-cü ildə ən azı 35 ölkədə müharibə cinayətkarı cinayəti törətdiyini, Beynəlxalq Amnistiya Təşkilatının araşdırma apardığı 166 ölkə arasında hər 5 ölkə arasında bir ölkədə bu cinayətlərin görüldüyü qeyd olunub.

Google+ WhatsApp ok.ru