Sionist rejim Fələstin müqaviməti qarşısında acizdir

Maide.az-ın məlumatına görə, Fələstin İslami Müqavimət Hərəkatı Həmasın rəsmilərindən biri olan İsmayıl Rizvan bildirib ki, Qüdsü işğal etmiş rejim müharibələrdəki tələfatının sayını gizlədir, səbəb isə sionist hərbçilərin pisixi böhranlarının daha da artmasıdır. 
 
Rizvan sionist rejimin yalan və yalan xəbərlər yayması barəsində də deyib: "Sionistlər belə xəbərləri yaymaqla çoxlu sayda sivil, o cümlədən yüzlərlə uşaq və qadının şəhid olması ilə nəticələnən Qəzzəyə qarşı vəhşicəsinə hücumlarını əsaslandırmağa çalışırlar." 
 
Həmas rəsmisinin bildirdiyinə görə, BMT və müxtəlif hüquqi hesabatlara əsasən sionist rejimin cinayətləri təsdiqlənib və bu rejimin Qəzzəyə hücumlarının əsas qurbanları günahsız sivillərdir. 

Google+ WhatsApp ok.ru