Avropa xarici işlər nazirləri fövqəladə iclas keçirirlər

Aralıq dənizində 700 miqrantı aparan gəminin batmasından bir gün sonra Avropa Birliyinin xarici işlər nazirləri bu böhranla mübarizə yollarını araşdırmaq üçün bir araya gələcəklər.
 
Maide.az-ın məlumatına görə, yüzlərlə nəfərin boğulması ilə nəticələnən Avropaya gedən miqrantların sayının artmasına reaksiyada Avropa Birliyinin xarici işlər nazirləri Brüsseldə toplanacaqlar. 
 
Bu iclasın keçirilməsi ərəfəsində Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini bir bəyanat verərək bildirib: Bu iclasda məqsəd qeyri-qanuni miqrantların Avropaya axınının əsas istiqaməti olan Liviyadan miqrant böhranı ilə mübarizə aparmaq üçün həll yolunun tapılması olacaqdır.

Google+ WhatsApp ok.ru