Sionist rejimin baş naziri müsəlmanlara qarşı yeni həyasızlıq edib

İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahu öz təhqiramiz və alçaldıcı çıxışında müsəlmanlara qarşı yeni həyasızlıq edib.
 
Maide.az xəbər verir ki, işğal edilmiş Qüds şəhərində keçirilən “Xarici diplomatlar” adlı Beynəlxalq konfransdakı nitqində, o bir daha İslam şəriətini təhqir edərək, müsəlmanları vəhşi heyvanlarla müqayisə edib.
 
O, bu konfransdakı qısa çıxışında deyib: "Biz dayanmışıq və süqut etmirik, baxmayaraq ki vəhşilər arada bir bizim aramızdan qurbanlar alırlar. Biz dözümlülük göstəririk və bizim güclü dövlətlərimiz var."
 
İşğalçı İsrail baş naziri daha sonra öz absurd və cəfəng fikirlərinin davam etdirib. 
 
Netanyahu daha sonra Fransanın Tel-Avivdəki səfiri Patrik Mozunavla birgə Parisdəki hücumların qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.
 
Qeyd edək ki, uzun müddətdir ki, İsrail rejimi fələstinlilərə qarşı terror aktları və cinayətlər törədir. Təkcə Yəhudi mühacirlərin fələstinlilərə hücumları və Məscidi Əqsaya qarşı basqınları nəticəsində oktyabr ayının əvvəlindən bu yana 90-dan çox fələstinli şəhid edilib. /
 

 

Google+ WhatsApp ok.ru