Sionist rejimin cinayətləri Qüds intifadasının formalaşmasına əsas amildir

 
Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) Sionist hərbçilər və qəsəbə sakinlərinin hücumlarını Qüds intifadasının formalaşmasında əsas amil adlandırıb.
Maide.az xəbər verir ki, "Əl-Risalə net" internet portalının məlumatına görə, Həmas-ın siyasi bürosunun sədr müavini İsmayıl Hənyə şənbə günü Fələstin muxtariyyəti ilə sionist rejim arasındakı təhlükəsizlik koordinasiyalarına son qoyulması vacibliyini vurğulayaraq, bildirib ki, təhlükəsizlik koordinasiyalarının dayandırılması Qüds intifadasını dəstəkləmək  üçün lazımdır.
Həmas-ın siyasi bürosunun sədr müavini deyib: Sionist hərbçilər və qəsəbə sakinlərinin İordan çayının qərb sahilində və Beytul-Müqəddəsdəki hücumları Qüds intifadasının formalaşmasının ən mühüm amilləri sayılırlar.
İşğal olunmuş Fələstin əraziləri 2015-ci ilin oktyabr ayının əvvəllərindən fələstinlilərin sionist rejimin Məscidul-Əqsa və Qüds qarşısındakı siyasətləri əleyhinə geniş etiraz meydanına çevrilib. Qüds intifadasının başlanması ilə nəticələnib./
 

 

Google+ WhatsApp ok.ru