Sionist rejim məscidi muzeyə çevirdi

Sionist rejim Beer-Şeva şəhərində məscidi muzeyə çevirib.
Maide.az-ın məlumatına görə, Beer – Şeva şəhər məscidində 10 000 nəfər eyni vaxtda namaz qıla bilər. Şəhər müsəlmanlarının ibadət etməyə məkanı olmadığı bir vaxtda, sionist rejim  tarixi məscidi muzeyə çeviriblər.
1948-ci ildə fələstinlilərin qovulmasına qədər istifadə olunan məsciddə sərgi keçirilib. Yerli əhalinin sözlərinə görə, muzey işçilərinin arasında müsəlman və ya ərəblər yoxdur.
Sərgi 2015-ci ilin iyun ayına qədər davam edəcək.
Məscid 1906-cı ildə Osmanlı imperiyasının dövründə tikilib və sionistlərin 1948-ci ildə şəhəri zəbt etməsinə qədər fəaliyyət göstərib.
Qeyd edək ki, sionistlər Beer-Şeva şəhərini işğal etdikdən sonra 6 000 fələstinlini evlərindən didərgin salbıblar. //

 

Google+ WhatsApp ok.ru