Suriya böhranı Livana 20 milyard dollara başa gəlir

Maide.az-ın məlumatına görə, İctimai İşlər Naziri Rəşid Derbas bazar ertəsi bildirib ki, Suriyada artıq 4 ildir gedən vətəndaş müharibəsi Livana 20 milyard dollardan artıq ziyan vurub. 
Nazir deyib ki, "15 il ərzində istifadəsi planlaşdırılan infrastruktur 1,1 milyon Suriyalı qaçqının olması ücbatından, intensiv istifadəsinə görə iki il sonra dəyişilməlidir." 
 
Nazir energetik resusrların istifadəsini, ilk növbədə qaçqınların ödəyə bilmədikləri elektrik enerjisini qeyd edib.
 
Livan turizmi də həmçinin zərər çəkib. Derbas bildirir ki, ölkə Suriya vasitəsi ilə Livana səfər edən yarı milyona yaxın turist itirib.
 
Rəşid Derbas qaçqın axını ilə bağlı  Livana söz verilən beynəlxalq yardımın böyük əksəriyyətinin hələ də verilməməsi ilə bağlı məyusluğunu da gizlətməyib.

Google+ WhatsApp ok.ru