Sionist rejim ordusu Qərb sahilinə hücumlarını davam etdirir

Sionist rejim hərbçiləri İordan çayının müxtəlif bölgələrini həmçinin Qəzzə zolağına hücum edib. Sionistlər bu əməliyyatda fələstinli vətəndaşlarından bir qrupunu yaralayıb və həbs ediblər.

Maide.az-ın Qüds Net xəbər agentliyinə istinadən məlumatına görə, Sionist rejimin hərbi dəstələri İordan Çayının Qərb sahilində Ramollah şəhərinin Qərbində, Deyr- Əmmar bölgəsinə basqın edərək orada 4 fələstinlini yaralayıblar.

Eyni halda Sionist rejim əsgərləri cümə günü  İordan çayının Qərb Sahilində digər bir neçə bölgəni o cümlədən Əl-Xəlil şəhərinə hücum ediblər və orada 6 fələstinlini o cümlədən bir qadını həbs ediblər.

İşğalçı rejim əsgərləri həmçinin  Qəzzə zolağının cənubunda Rəfəh və Xan Yunosun şərqini gülləbaran ediblər.

Qeyd edək ki,  Sionist rejimin hərbi dəstələri də cümə axşamı günü  bir daha Qəzzə zolağının mərkəzində Əl-Bəricin şimal şərqində fələstinlilərin əkin sahələrinə artilleriyadan hücum ediblər. 

Sionist rejim ordusu Qəzzəyə qarşı son 50 günlük təcavüzü ardınca fələstinli qruplarla bu rejim arasında atəşkəs haqda imzalanmış razılaşmaya baxmayaraq İşğalçı rejim dəfələrlə atəşkəsı pozub. /

 

Google+ WhatsApp ok.ru