Dövlət Bağçalı: `Terrorçuların hörmət və heyranlıqla yad edilən Kərbəla qurbanlarıyla bir tutulması həqarətdir`

“Keçmişdə yaşananları günümüzə gətirərək üzr lobbisi qurmaq bizim sabitliyimizə töhfə verməyəcək”.
 
Maide.az-ın “Hürriyyet”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müxalifət Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib.
 
O qeyd edib ki, dünyanın istənilən yerində xalqının etimadını və dəstəyini alan hər hansı dövlət özünə qarşı yönələn təhlükələri aradan qaldırmağa borcldur: “Milləti parçalamağa çalışanlara imkan yaratmaq olmaz. 1937-38-ci illərdə Tuncelidə baş verənlər üsyandır. Bu üsyana qarışanlar isə o dövrün separatçı və terrorçuları olublar. Terrorçunun dini, milliyyəti, nəsli önəmli olmayacaq. Əlində silahla dağda gəzən, torpaqlarımızdan pay qoparmaq istəyən, məsum vətəndaşlarımıza qəsd edən heç bir bədbəxtə məzlum yanaşması göstərilməyəcək".
 
MHP sədri vurğulayıb ki, buna görə üzr istənilməsi, terrorçuların hörmət və heyranlıqla yad edilən Kərbəla qurbanlarıyla bir tutulması həqarətdir.

Google+ WhatsApp ok.ru