Sionist rejim ordusu Qəzzə zolağına hücum edib

Fələstin mənbələri sionist rejim hərbçilərinin Qəzza zolağına hücum etməsindən xəbər veriblər.
 
Maide.az xəbər verir ki, sionist rejim hərbçiləri bu gün səhər Qəzza zolağının şərqində, Zeytun məhəlləsi sakinlərinin evlərinə və əkin sahələrinə hücum edərək, əkin sahələrinə ciddi zərər və ziyan yetiriblər. 
 
Fələstin mənbələri həmçinin sionist rejim ordusunun hərbi maşınları və təchizatlarının Qəzza zolağı ilə sərhəd məntəqədə qeyri-adi hərəkətliliyə malik olmasından xəbər veriblər. İsrail rejimi ötən ilin yayında Qəzzaya qarşı 50 günlük müharibənin ardınca Həmas ilə imzaladığı atəşkəs müqaviləsini davamlı olaraq pozur və Qəzza zolağına hücumlar edərək, fələstinliləri hədəfə alır. 
 
İşğal olunmuş Fələstindən daxil olan məlumatlarda həmçinin bildirilir ki, sionist rejim hərbçiləri bu gün səhər 17 yaşlı bir fələstinlini əl-Əqsa məscidinin yaxınlığında, Rəsül-Əmud məntəqəsində həbs ediblər.

Google+ WhatsApp ok.ru